Kürdəmir sakini narkotik maddəylə saxlandı



 

Kürdəmir sakinindən “patı” və heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakini, 51 yaşlı Kamal İslamov saxlanılıb.    

Onun üzərinəkeçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.