“Zirə” üç gənc futbolçunu heyətinə qatıb



 

Bakının “Zirə” klubu 3 gənc futbolçunu heyətinə qatıb.

Bu barədə “Zirə” futbol klubunun saytında məlumat verilib.

Bildirilib ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla dörd, 21 yaşlı Rüstəm Nuriyevlə isə üçillik müqavilə imzalanıb.

Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış ediblər. R.Əhmədov və R.Nuriyev “Zaqatala”, S.Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.