Qazaxda iki gəncin mübahisəsi ölümlə nəticələndi



 

Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

“Report” xəbər verir ki, Qazax rayon İkinci Şıxlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb. O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs 2000-cı il təvəllüdlü Nəsimi İsmayılovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.