UEFA futbolçuların məvaciblərinə limit qoyacaq



 

UEFA maliyyə “fair-play”inin ləğvinə dair təkliflə çıxış edəcək.

Bu barədə “The Times” məlumat yayıb.

Məlumata görə, “fair-play”in əvəzinə futbolçuların məvaciblərinə limit qoyulacaq. Limiti aşan klublar vergi ödəyəcək.

Həmçinin, klublar gəlirlərinin yalnız 70%-ni əməkhaqqı fonduna xərcləyə biləcək. Bu həddi aşanlar cərimələnəcək, mütəmadi şəkildə qaydanı pozanlar isə UEFA-nın turnirlərindən kənarlaşdırılacaq.

Yeniliklərin təşkilatın sentyabrda keçiriləcək sammiti zamanı açıqlanacağı bildirilib.