“Neftçi”yə Finlandiyada diplomatik dəstək - FOTO/VİDEO



 

Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyununu Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da izləyəcək.

SeherXeber.org-ın xəbərinə görə, o, oyunun keçiriləcəyi “Bolt Arena”ya təşrif buyurub.

Ondan başqa, görüşü 40-a yaxın Helsinki və yaxın ətrafdakı şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər də izləyəcək. 

Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbuhi Musayev, Helsinki