“Qarabağ”ın AEL-lə oyunda start heyəti - YENİLƏNİR



 

Bu gün UEFA Konfrans Liqasının cavab qarşılaşmaları keçiriləcək. 

SeherXeber.org xəbər verir ki, Azərbaycanın vitse-çempionu “Qarabağ” evdə Kiprin AEL klubu ilə qarşılaşacaq. Səfərdə baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. 

Hər iki komandanın start heyətləri açıqlanıb:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

AEL: 1. Vozinya, 4. Andrey Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller Silva, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 28. Konstantinos Sotiriu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Kiprdəki ilk matçda qalib müəyyənləşməyib - 1:1.