“Çelsi” “Vilyareal”ı yenərək UEFA Superkubokuna sahib çıxdı - FOTO/VİDEO



 

Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

SeherXeber.org xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Uindzor Park Arena”da baş tutan qarşılaşmada İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyareal” klubları üz-üzə gəlib.

Rusiyalı FIFA referisi Sergey Karasyovun idarə etdiyi matçın əsas vaxtı 1:1 hesablı heçə-heçə ilə başa çatıb. “Zadəganlar”ın futbolçusu Zieşin 27 dəqiqədə vurduğu qola 73-cü dəqiqədə Moreno cavab verib. 

Əlavə vaxtda qapılara qol vurulmayıb və oyunun müqəddəratı penalti seriasında həll olunub. Burada “Çelsi”nin oyunçuları daha dəqiq olub - 6:5.