Azərbaycan paraüzgüçüləri Yaponiyaya yollandı



 

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzvə milli komanda və eyni zamanda nümayəndə heyətinin bir neçə üzvü bu gün Yaponiyanın Şika şəhərinə yola düşüblər.

SeherXeber.org-ın məlumatına görə, Beynəlxalq təlim-məşq toplantısında iştirak edəcək milli komanda daha sonra paytaxt Tokioda yerləşən paralimpiya kəndinə yola düşəcək.

Tokio 2020-də üzgüçülük idman növündə ölkəmizi Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcəklər.

Üzgüçülərdən ilk olaraq Raman Saleh avqustun 27-də yarışlara qatılacaq.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.