“Azəri star” iştirakçısı olmuş qadın məhbus: “Toydan sonra müğənnilərlə oturub çəkirdi” - VİDEO


36
 

Baku TV “Qadın koloniyası”nda məhkumluq həyatı yaşayan 15 ilin narkotik istifadəçisi haqqında reportajı təqdim edir.

Kimliyinin bilinməsini istəməyən qadın Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə səkkiz il azadlıqdan məhrum edilib.

37 yaşlı məhbus narkotikdən istifadəyə 20 yaşında ikən məşhur müğənninin təklifi ilə başlayıb.

“Azəri star” müsabiqəsinin iştirakçısı olduğunu qeyd edən qadının sözlərinə görə, həmin müğənni ilə duet ortağı olub, hətta onun klipində də çəkilib.

Artıq 4 ildir narkotik maddə istifadə etmədiyini deyən qadın həbs müddəti bitdikdən sonra narkotiksiz həyat yaşamağı planlaşdırır.