RDM Azərbaycanı tərk etmədən, tanınmış İsrail həkimlərinin qəbuluna yazılmaq imkanını təqdim edir


27
 

Bakıda, ən nüfuzlu beynəlxalq sertifikatı JCI-a (Joint Commission International, ABŞ) malik yeganə çoxprofilli tibb mərkəzi - Respublika Diaqnostika Mərkəzi (RDM), sağlam cəmiyyətin təminatçısı əqidəsinə sadiq qalaraq, Azərbaycandan uzaqlaşmadan, tanınmış İsrail həkimlərinin qəbuluna yazılmaq imkanını yaradır.

Bu ilin avqust ayında, İsraildən gələn 2 yüksək ixtisaslı həkim - pediatr Yonatan Yeşiyaqu və kardioloq-aritmoloq Ariel Lipçenko - RDM nəzdində xəstələri qəbul edəcək.

6 və 7 avqust tarixlərində pediatr Yonatan Yeşiyaqu 0-18 yaş arası xəstələri RDM klinikasında qəbul edəcək. Cərrahiyyə və ortopediya istisna olmaqla, pediatriya sahəsinə aid şikayətləri olan hər kəs qəbula yazıla bilər.

Doktor Yeşiyaqu, həmçinin, endokrinoloji problemləri olan uşaqları da qəbul edir (böyümə problemləri, böyümə hormonu, qalxanvari vəzi problemləri, diabet, insulin pompaları və sairə).

RDM klinikası, öncəki diaqnostika nəticələrini, habelə laboratoriya analizlərinin və rentgen müayinələrinin nəticələrini rus və ya ingilis dillərində hazırlamağı tövsiyə edir.

27 və 28 avqust tarixlərində kardioloq-aritmoloq Ariel Lipçenko RDM klinikasında xəstələri qəbul edəcək. Həkimin ixtisas sahələri aşağıdakılardır:

• Böyüklərdə və uşaqlarda hər növ ürək aritmiyalarının müalicəsi
• Kardiostimulyator və defibrilyatorların qoyulması 
• Ürəkdə radiofrekans ablyasiya 
• Bayılmaların müalicəsi (sinkopal durumları)

RDM klinikası, aşağıdakı sənədləri hazırlamağı tövsiyə edir:

1. Qan analizləri (ümumi, biokimya, koaqulyasiya, qalxanvari vəzi hormonları)
2. Ekokardioqrafiya 
3. Aritmiyanı əks etdirən bir günlük Xolter EKQ lenti və açıqlanması (bəzən, aritmiya əlamətlərini əks etdirən EKQ lenti kifayət edir).

Əlavə, 27 və 28 avqustda məşhur proktoloq Marat Xaykin RDM-də xəstələri qəbul etməyə hazır olacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün əlaqə nömrəsi: +994 50 965 53 16
Klinikamız, aksiyalarımız və həkimlərimiz haqqında daha ətraflı məlumat üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: Facebook, Instagram və ya klinikanın internet saytı.

JCI haqqında

JCI akkreditasiyası bütün dünyada səhiyyə sahəsində qızıl standart kimi qəbul olunur. JCI akkreditasiya və sertifikasiya vasitəsi ilə xəstələrə göstərilən xidmət səviyyəsini yüksəlməyə çalışır. JCI - tibbi xidmətlərin keyfiyyəti və pasiyentlərin təhlükəsizliyi sahəsində dünyada lider mövqeyindədir. RDM bütün tibbi personalı, hər hansı tibbi müdaxilə həyata keçirilmədən öncə, pasiyentin tam və dəqiq diaqnostikasına görə məsuliyyət daşıyır.