Azərbaycan bayrağı Tokio paradından neçənci keçəcək? - FOTO



 

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan altıncı olaraq keçəcək.

SeherXeber.org-ın xəbərinə görə, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan idmançıları Yunanıstan, Qaçqın Olimpiya Komandası, Rusiya Olimpiya Komitəsi, İslandiya və İrlandiyadan sonra altıncı olaraq paraddan keçəcək.

Tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.

Xatırladaq ki, açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, paradda ən sonuncu - 206-cı ev sahibi Yaponiya keçəcək.

Səbuhi Musayev