Ukraynada təbii fəlakət iki nəfərin həyatına son qoydu - FOTO/VİDEO



 

Ukraynada təbii fəlakət ölümlərlə nəticələnib.

Bu barədə “Korrespondent” xəbər yayıb.

Bildirilir ki, güclü külək evlərin və yaşayış binalarının damlarını uçurub, ağacları kökündən çıxardıb, qırıb.

Təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha yeddi nəfər isə xəstəxanaya yerləşdirilib.

Bundan başqa bəzi məntəqələr suyun altında qalıb.