Həyatını təhlükəyə atıb magistral yolda rəqs etdi - VİDEO



 

Türkiyənin Diyarbəkir-Şanlıurfa magistral yolunda naməlum bir qadın qadın həyatını təhlükəyə ataraq rəqs edib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, ətrafda olan insanlar həyatını riskə atan qadının hərəkətlərini mobil telefonlara çəkərək ictimailəşdirib.

Qadın əraziyə yaxınlaşan polisləri görüncə isə dərhal ərazidən qaçaraq uzaqlaşıb.

Hüquq-mühafizə orqanları onun axtarışı ilə məşğuldur.