Məşhur animasiya qəhrəmanları yeniləndi


8
 

“Disney” kinostudiyası “Çip və Deyl” cizgi serialının qəhrəmanlarını yeniləyib.

“Korrespondent” məlumat verir ki, uşaqların sevimli sincabları barədə yeni multserial hazırlanıb.

“Çip və Deyl: Park həyatı” adlı animasiya serialı 12 epizoddan ibarətdir. Hər epizod isə üç ədəd yeddi dəqiqəlik əhvalatdan təşkil olunub.

Yeni serialın süjetinə əsasən, Çip və Deyl şəhər parkındakı həyata uyğunlaşacaq və yeni dostlar qazanacaqlar.