Gəncədə 38 yaşlı kişi bıçaqlanıb



 

Gəncədə bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nəbi Elbəy oğlu Kərimov mübahisə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən kəsici alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.