Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO



 

Qazaxıstanın modernizasiyası yekunlaşmış “Sətti” qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir.

SeherXeber.org-ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərinə növbəti aydan başlanılacaq. 

Belə ki, üç kəşfiyyat quyusunun qazılması gözlənilir. Onlardan ilkinin qazıntısına avqust ayından start veriləcək. Daha sonra növbəti kəşfiyyat quyularının da mərhələli şəkildə qazılması işlərinə başlanılıcaq. 

Qurğunun daha sonra “Ümid” - “Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, iyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəbul edib.

Görüşdə SOCAR-ın “Caspian Drilling Company” şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilmişdi.

Nigar Məmmədova