Şəmkirdə kürəkən qayınanasını öldürüb



 

Şəmkir rayonunda kürəkən qayınanasını qətlə yetirib.

SeherXeber.org-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini İntizam Hüseynov ailə münaqişəsi zəminində qayınanası 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı 1990-ci il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. 

Nəticədə qayınanası vəfat edib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.