Təhlükəli əyləncə: Uçurumun kənarında yellənən qızlar yıxıldı – VİDEO



 

Dağıstanda təhlükəli əyləncə qızlar üçün az qala faciə ilə nəticələnəcəkdi. 

Belə ki, Sulak kanyonunda uçurumun kənarında yelləncəkdə yellənən qızlar yıxılıb.

“BAZA” “Telegram” kanalı bununla bağlı kadrlar yayıb.

Videodan görünür ki, qızlar heç bir təhlükəsizlik tədbirləri görməyiblər. Buna baxmayaraq, möcüzəvi şəkildə ciddi xəsarət almayıblar.

Hadisə yerinə gələn polislər atrraksionun təşkilatçıları barədə yoxlamalara başlayıblar.