İtlə ayının əyləncəsi ev sahibini şoka saldı - FOTO/VİDEO



 

Evin bağçasında alman çoban iti ilə ayının əyləncəsi görənləri heyrətə gətirib.

Bununla bağlı görüntüləri “Daily Mail” paylaşıb.

Kadrlar ABŞ-ın Vermont ştatındandır. Videoda itlə ayının bir-birləri ilə oynaması görünür.

Ev sahibəsi hadisə şahidi olan qonşusunun sözlərindən sonra kameraya baxıb və gördüklərindən şoka düşüb.

Xoşbəxtlikdən nə it, nə də ətrafda olan başqası zərər çəkməyib. Onlar haradasa 7 dəqiqə oynadıqdan sonra ayı çıxıb gedib.