Çavuşoğlu İraqa getdi



 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqa rəsmi səfər edib.

Axar.az xəbər verir ki, Çavuşoğlu Bağdadda iraqlı həmkarı İbrahim Cəfəri ilə birgə mətbuat konfransı keçirib.

Çavuşoğlu Baş nazir Heydər İbadi, Məclis sədri Səlim əl-Cuburi ilə də görüşüb. Görüşlər zamanı qarşılıqlı münasibətlərin ikitərəfli inkişaf perspektivlərindən danışılıb.

İraq XİN rəhbəri Cəfəri öz növbəsində iraqlı qaçqınlara yardımı üçün Türkiyəyə təşəkkürünü bildirib.