Ceydon Sançonun yeni klubu məlum oldu – FOTO



 

“Mançester Yunayted” “Borussiya” Dortmund ilə Ceydon Sançonun keçidini razılaşdırıb.

Bu barədə idman jurnalisti Fabrisio Romano məlumat verib.

O, “Qırmızı şeytanlar”ın transferə görə 90 milyon avro ödəyəcəyini bildirib.

Məlumata əsasən, futbolçu ilə 2026-cı ilədək müqavilə imzalanacaq.