“Tottenhem” yeni baş məşqçisinin adını açıqladı – FOTO



 

İngiltərə Premyer Liqasının aparıcı klublarından olan “Tottenhem” yeni baş məşqçisinin adını açıqlayıb.

Klubun “Twitter” səhifəsindən paylaşım edilərək, komandanın sükanının Nunu Eşpiritu Santuya tapşırıldığı bildirilib.

Qeyd edək ki, portuqaliyalı dörd il “Vulverhempton”da çalışdıqdan sonra may ayında klubu tərk edib.