Növbəti “El-Klassiko”ların vaxtı açıqlanıb



 

La Liqanın yeni mövsümü çərçivəsində keçiriləcək “El-Klasiko”ların tarixi məlum olub.

Sports.ru xəbər verir ki, oktyabrın 24-nə təsadüf edəcək çempionatın 10-cu turunda “Barselona” “Kamp Nou” arenasında əzəli rəqibi olan Madrid “Real”ını qəbul edəcək.

Martın 20-də isə 29-cu tur çərçivəsində komandalar “Santyaqo Bernabeu”-da üz-üzə gələcəklər.

Qeyd edək ki, bu mövsüm İspaniya çempionatına avqustun 15-də start veriləcək.