Ukraynalı nazirlər hökumət iclasına futbolçuların geyimində qatıldılar - FOTO



 

Ukraynalı nazirlər və Nazirlər Kabinetinin başçısı Denis Şmıqal hökumət iclasına futbolçuların geyimində qatılıb.

Bu barədə “Vesti” kadrlar yayıb.

Məlumata görə, nazirlər bu addımı Ukrayna millisinin Avropa çempionatının ¼ finalına tarixi sıçrayış edən futbol komandasının şərəfinə atıblar.

Xatılrladaq ki, iyunun 29-da Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada İsveç və Ukrayna yığmaları qarşılaşıb. Ukrayna millisi 2:1 hesabı ilə qələbə qazanıb.