“Böyük Dəbilqə” noyabrda Zəfər Günü ərəfəsində keçiriləcək



 

Cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turniri bu il Bakıda keçiriləcək.

SeherXeber.org-ın xəbərinə görə, may ayında Bakıda keçirilməmiş ənənəvi yarış bu il noyabrda baş tutacaq.

“Böyük Dəbilqə” yarışı 5-7 noyabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Tarix Beynəlxalq Cüdo Federasiyası ilə razılaşdırılıb. 

Əldə etdiyimiz məlumata görə, bundan sonra bu turnir Bakıda noyabrın ilk həftəsonunda keçiriləcək. Dəyişiklik isə 8 Noyabr – Zəfər Günü ilə bağlıdır.

Qeyd edək ki, Bakıda “Böyük Dəbilqə” beynəlxalq turniri altı dəfə keçirilib.

Səbuhi Musayev