Ət kəsimi məntəqələrində REYD: 13 obyekt qanunsuz fəaliyyət göstərib - FOTO



 

Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) SeherXeber.org-a verilən məlumata əsasən, aparılan yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Rayon üzrə 13 qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkar edilib.