AVRO-2020-nin son 1/8 final qarşılaşmasının START HEYƏTLƏRİ



 

Bu gün Böyük Britaniyada AVR)-2020-nin daha bir görüşü baş tutacaq.

SeherXeber.org xəbər verir ki, bu dəfə Şotlandiyanın mərkəzi şəhəri Qlazqoda İsveç və Ukrayna milliləri qarşılaşacaq. Bu matçla turnirin 1/8 final mərhələsinə yekun vurulacaq.

Komandalar indiyədək dörd dəfə qarşılaşıb. Bunlardan ikisində Ukrayna, birində İsveç qalib gəlib. Top fərqi 4:3 Ukraynanın xeyrinədir.

İsveç (4-4-2): Ulsen, Auqustinson, Danielson, Lindelöf, Lustiq, Foşberi, Ekdal, Ulson, S. Laşon (kapitan), İsak, Kuluşevski

Ukrayna (4-3-3): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Karavayev, Zinçenko, Stepanenko, Sidorçuk, Şaparenko, Yaremçuk, Yarmolenko (kapitan)

Qeyd edək ki, bu matçın qalibi iyulun 3-də İtaliyanın paytaxtı Romada İngiltərəyə rəqib olacaq.

Səbuhi Musayev