Zelenski Ukrayna millisinə müraciət etdi: “40 milyon ukraynalı sizinlə olacaq” - FOTO



 

Ukrayna Prezidenti Vladimir Zelenski milli komandanın futbolçuları ilə video-konfrans yaradıb.

Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

“Milli komandanın uşaqlarına zəng etdim ki, onlara inandığımızı və azarkeşlik etdiyimizi deyim. Andrey Pyatovu doğum günü münasibətilə təbrik etdim. Futbolçularımız yaxşı motivasiya olub və hər kəsi təəccübləndirə bilərlər. Bu gün meydanda 40 milyon ukraynalı onlarla olacaq”, - deyə V.Zelenski bildirib.