Mbappe vura bilmədiyi penaltiyə görə üzr istədi - FOTO



 

Fransa millisinin hücumçusu Kilian Mbappe İsveçrə ilə AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutmuş görüşdə penaltini vura bilmədiyi üçün azarkeşlərdən üzr istəyib.

Bu barədə idmançı “Twitter” hesabında yazıb.

“Səhifəni geri qaytarmaq çox çətindir. Çempionatdan kənarlaşdıqdan sonra kədərimiz böyükdür, hədəflərimizə çata bilmədik. Bu penaltiyə görə təəssüf edirəm, komandama kömək etmək istəyirdim, ancaq alınmadı”, - deyə K.Mbappe bildirib.