Amerika Kubokunun növbəti 1/4 finalçıları - VİDEO



 

Futbol üzrə Amerika Kubokunun növbəti 1/4 finalçıları məlum olub.

A qrupunda komandalar qrup mərhələsinin son oyunlarını keçiriblər.

Qrupun lideri Argentina millisi Boliviyanı 4:1 hesabı ilə məğlub edib.

Uruqvay millisi Edinson Kavaninin (21-ci dəqiqə) qolu sayəsində Paraqvayı minimal hesabla məğlub edib və yeddi xal toplayaraq A qrupunda ikinci yeri tutub.

A qrupunda altı xal toplayan Paraqvay da 1/4 finalda oynamaq şansı əldə edib.

Beləliklə, 1/4 finalda Argentina Ekvadorla, Braziliya millisi Çili ilə, Uruqvay Kolumbiyaya qarşı, Peru millisi isə Paraqvayla qarşılaşacaq.