Bakını və Avropanı valeh edən “futbol ilahələri” - FOTO



 

Avropa çempionatının 60-illik yubileyi münasibəti ilə UEFA AVRO-2020-nin ev sahibliyini müxtəlif ölkələrə həvalə etdi.

Allsport.az saytı xəbər verir ki, sevinən 11 böyük şəhər arasında Bakı da var. 11 iyunda start götürən yarışda paytaxtımız üç qrup oyuna ev sahibliyi edib. Bu oyunlarda qardaş Türkiyə meydan sahibi sayılıb.

İyulun 3-də ölkəmizdə 1/4 final görüşü keçiriləcək. Bakıda qarşılaşacaq komandalar bəllidir. Bunlar Danimarka və Çexiya milliləridir. Sözsüz ki, yığmalarla birgə təşkilatçı şəhərlərə xeyli sayda azarkeş də gəlir. Cari futbol bayramında pandemiya ilə bağlı bu sarıdan çətinlik olsa da, qatı azarkeşlər sevimli komandalarına dünyanın o başında da dəstək verməkdən çəkinmirlər.

Onların arasında xanımlar da az deyil. Məşhur gözəllər oyunların gedişində daim fotoqrafların obyektivlərinə tuş gəlirlər. Həmin qadınların öz pərəstişkarları var. Bu “futbol ilahələri” böyük stadionlarda əməlli-başlı canlanma yaradırlar…