Favorit Belçika son Avropa çempionlarına qarşı - HEYƏTLƏR



 

Bu gün İspaniyanın Sevilya şəhərində 1/8 final mərhələsinin ən maraqla gözlənilən iki qarşılaşmasından biri keçiriləcək.

SeherXeber.org xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Belçika milli turnirin bombardiri Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq.

Komandalar aşağıdakı taktiki düzülüş və heyətlə meydana çıxacaq.

Belçika (3-4-3): Kurtua, Vertonqen, Vermalen, Alderveyreld, T. Azar, Vitsel, Tilemans, Mönye, E. Azar (kapitan), De Bröyne, Lukaku

Portuqaliya (4-3-3): Ruy Patrisiu, Qereyru, Pepe, Ruben Dias, Dalot, Renatu Sanşiş, Juau Palinya, Juau Moutinyu, Dioqu Jota, Bernardu Silva, Ronaldu (kapitan)

Qeyd edək ki, bu matçın qalibi iyulun 2-də Münxendə İtaliyaya rəqib olacaq.

Səbuhi Musayev