Maks Ferstappen liderliyini möhkəmlətdi



 

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Ştiriya Qran-prisinin qalibi olub.

Yarışın rəsmi saytından verilən məlumata görə, o, 8-ci mərhələdə finişə ikinci çatan “Mercedes” pilotu Luis Hemiltonu qabaqlayaraq turnir cədvəlindəki liderdiyini daha da möhkəmlədib.

Yarışda ilk üçlüyü Hemiltonun komanda yoldaşı Valtteri Bottas tutub.

Qeyd edək ki, hazırda “Red Bull” konstruktorlar kubokunda da “Mercedes”i qabaqlayır.