AVRO-2020: Dördqat dünya çempionlarının Avstriyaya qarşı START HEYƏTİ



 

Bu gün Bakı vaxtı ilə saat 23:00-da AVRO-2020-nin ikinci 1/8 final görüşü keçiriləcək.

SeherXeber.org xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonun “Uembli” stadionunda turnirin favoritlərindən sayılan, dördqat dünya və Avropa çempionları İtaliya millisi Avstriya ilə qarşılaşacaq.

Komandalar oyuna aşağıdakı taktiki düzülüş və start heyətlə çıxacaq:

İtaliya (4-3-3): Donnarumma, Spinatsola, Açerbi, Bonuççi (kapitan), Di Lorentso, Verratti, Jorjinyo, Barella, İnsinye, İmmobile, Berardi

Avstriya (4-2-3-1): Baxmann, Alaba (kapitan), Hintereqer, Draqoviç, Layner, Qriliç, Ks. Şlaqer, Baumqartner, Zabitser, Laymer, Arnautoviç

Qeyd edək ki, bu gün 1/8 final mərhələsinin ilk görüşündə 1992-ci ilin Avropa çempionları Danimarka Uelsi 4:0 hesabı ilə darmadağın edərək Bakıda 1/4 final matçına vəsiqə qazanıb.

Səbuhi Musayev