AVRO-2020: Danimarka millisi hesabı açdı - YENİLƏNİR



 

Danimarka millisi 27-ci dəqiqədə hesabı açdı. Kasper Dolberq qol vuran futbolçudur. Fransanın “Nitsa” komandasının hücumçusu üçün bu arena doğmadır. Çünki o vaxtı ilə “Ayaks”la məhz bu arenada qollarını sıralayıb.

20:01

AVRO-2020-də bu gün 1/8 final mərhələsinin ilk görüşü keçirilir.

SeherXeber.org xəbər verir ki, Amsterdamın Yohan Kroyf adına arenasında Uels – Danimarka görüşü start götürüb.

Bu matçın qalibi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə daxil edilib.

Uels (4-2-3-1): Vord, B. Deyvis, Mefam, Rodon, K. Roberts, Alen, Morell, Beyl (kapitan), Remzi, Ceyms, Mur

Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqar, Breysveyt, Dolberq, Damsqor  

Səbuhi Musayev