Türkiyə Qran-prisi yenidən Formula 1-in təqviminə daxil edilib



 

İyunun 11-13-də keçirilməsi planlaşdırılan, lakin koronavirusla bağlı ölkədəki vəziyyətin kəskinləməsi səbəbindən ləğv olunan Türkiyə Qran-prisi yenidən Formula 1 yarışlarının təqviminə daxil edilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Qran-prisi mövsümün 16-cı yarışı olan Sinqapur Qran-prisinin yerinə təqvimə salınıb.

“Intercity İstanbul Park” trasının ev sahibliyi edəcəyi yarış oktyabrın 1-3-də baş tutacaq.