“Rexona” azərbaycanlı azarkeşlərə Fernando Morienteslə birlikdə FIFA21 oynamaq şansı yaradıb - FOTO/VİDEO



 

15 iyun tarixində “Rexona” “Gaming League Azerbaijan” təşkilatı ilə birlikdə “Hilton” hotelində kampaniyanın böyük finalını keçirib.

Əsas mükafatı dünyaca məşhur ispaniyalı futbolçu Fernando Morienteslə görüşmək və FIFA21 oynamaq olan reklam kampaniyasında iştirak etmək üçün iki “Rexona” məhsulu almaq və qeydiyyatdan keçmək tələb olunurdu. Beləliklə, 4 həftə ərzində mindən çox insan kampaniyada iştirak etdi. Orxan Məmmədov və Mirqiyas Ağayev kampaniyanın finalına qədər gəldi və Fernando Morienteslə birlikdə FIFA21 oynamaq şansı əldə etdi. Sözügedən oyunçu tədbirə onlayn qoşuldu, qaliblərlə söhbət etdi, finalçılarla oyun oynadı və sadəcə oyunçulara deyil, “YouTube” vasitəsilə canlı yayımdan yarışı izləyən yüzlərlə izləyiciyə həyəcanlı və yaddaqalan anlar yaşatdı. Oyunların yekunlarına gəlincə, Orxan Məmmədov Morienteslə yarışda qalib gəlsə də, Mirqiyas Ağayevlə yarışda qalib Morientes oldu. Əsas olan odur ki, nəticədə dostluq qazandı.

Yarışı şərh edən Gündüz Abbaszadə iştirakçılar və tamaşaçılara real futbol çempionatı təəssüratı yaratdı və onlara özlərini oyunun bir parçası kimi hiss etdirməklə, yarış həyəcanını və emosiyalarını ötürə bildi.

Dünyaca məşhur futbol ulduzunu məğlub etmək üçün bütün cəhdlərini səfərbər edən həyəcanlı və qızğın oyun barəsində fikirlərini bölüşən finalçılar onlara belə bir şans verildiyi üçün hədsiz xoşbəxt olduqlarını bildirib və təşkilatçılara təşəkkür edib. Final oyununda Azərbaycanın məşhur futbolçusu, “Sabah” futbol klubunun müdafiəçisi və kapitanı Ruslan Abışov finalçılarla öz peşə təcrübəsini bölüşüb və onlara əsas mükafatları (Qalib kuboku, “Rexona” hədiyyə qutuları və yeni nəsil oyun konsolu “Sony PlayStation 5”) təqdim edib.

Siz də “Instagram” sosial şəbəkəsində “Rexona” Azərbaycanın səhifəsini – @rexonaazerbaijan – izləyə və şirkətin apardığı bütün kampaniyalardan xəbərdar ola bilərsiniz.