TƏBİB rəsmi: “Vaksinasiya ilə bağlı XİN və Səhiyyə Nazirliyi danışıqlar aparır”



 

“Vaksinin bir dozasının xaricdə, ikinci dozasının isə ölkədə vurulmasına dair məsələ müzakirə edilir”.

SeherXeber.org xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva “TƏBİB məsləhəti” rubrikasında deyib.

N.Mustafayevanın sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyi bu istiqamətdə danışıqlar aparır:

“Bu sual həm ölkə vətəndaşlarına, həm də əcnəbilər üçün maraqlıdır. Xarici ölkələrdə yoluxub sağalmış şəxslərin sənədlərini, anticisimlərini, istər hər iki dozada vaksini almış şəxslərin, istərsə də bir dozasını xaricdə ikinci dozasını Azərbaycanda vurdurmaq üçün prosedurun hansı şəkildə tənzimlənməsi ilə bağlı müzakirələr gedir.

Ölkələrarası sənədlərin qarşılıqlı tanınması üzərində çalışma aparılır. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.