Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb - FOTO



 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 815 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 728, bu günə qədər isə ümumilikdə 3 713 779 test icra olunub.