Baydendən bədbin açıqlama: “Ölüm sayı artacaq”



 

ABŞ-da “Delta” ştammının yayılması fonunda koronavirus infeksiyasının nəticələrindən ölənlərin sayı artmağa davam edəcək.

TASS xəbər verir ki, bu barədə ölkə prezidenti Co Bayden açıqlayıb.

“600 mindən çox amerikalı öldü... və bu “Delta” ştammı ilə davam edəcək... Bunun baş verəcəyini bilirsiniz”, - deyə o ABŞ sakinlərini vaksinasiyaya çağırıb.

Bayden qeyd edib ki, “Delta” variantı potensial olaraq daha ölümcüldür və xüsusilə gənclər üçün təhlükəlidir.