Tokio Olimpiadasında iştirak edəcək idmançıların antidopinq qaydaları AÇIQLANDI



 

Tokio Olimpiadasında iştirak edəcək idmançıların antidopinq qaydaları açıqlanıb.

SeherXeber.org-ın xəbərinə görə, bu barədə AMADA-nın nümayəndəsi Lalə Hacıyeva məlumat verib.

Dopinqdən keçmək üçün müddət 24-72 saat müəyyən olunub. İdmançılar məkan məlumatlarını vaxtında təqdim etmədiyi halda müəyyən problemlə üzləşə bilər.

İdmançıların özünün işlək elektron poçtu olmalıdır. Çünki dopinq testinin nəticələrinə dair  məlumatlar həmin elektron poçta göndəriləcək.

İdmançı dopinq testindən keçməmiş Olimpiadanın bağlanış mərasiminə qatılmayacaq. Dopinq testindən keçdikdən sonra onun üçün xüsusi nəqliyyat ayrılacaq.

Olimpiya Oyunları zamanı hansı dərmanların tərkibində dopinq olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi sayt işlək olacaq. İdmançılar və ya onların məşqçiləri həmin siyahıda dopinq tərkibli dərmanların adlarına baxa biləcək.

Səbuhi Musayev