KOBİA: “Qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti var”



 

Bu gün Bakıda qum-çınqıl istehsalçılarının iştirakı ilə biznes-forum keçirilir.

“Report” xəbər verir ki, tədbiri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşkil edib.

Biznes forumda çıxış edən Orxan Məmmədov bildirib ki, tədbir qum-çınqıl istehsalı sektorunda vəziyyəti öyrənmək, mövcud çətinlikləri müəyyən etmək baxımından əhəmiyyətlidir.

“Azərbaycanda qum-çınqıl hasilatı sahəsində qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri var. Bu isə rəqabətin qarşısını alır, qanunlara uyğun fəaliyyət göstərənlərin işini çətinləşdirir”, - deyə o qeyd edib.