Bayram günləri ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA



 

Həftəsonu müntəzəm marşrut xətləri fəaliyyət göstərməyəcək.

Bu barədə SeherXeber.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq. 

Məlum olduğu kimi, 26 iyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun  bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metropolitendə sərnişindaşımaya iyun ayının bütün günlərində icazə verilir.