Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı AÇIQLANDI



 

Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin may ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Onlardan 141 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.