Amerika Kuboku: Uruqvay qələbə qazandı, Paraqvay pley-offda – VİDEO



 

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Paraqvay yığması ilə Çili millisi qarşılaşıb.

Oyun Paraqvay millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada qollara Brayan Samudio (33-cü dəqiqə) və Miqel Almiron (58-ci dəqiqə) imza atıb.

Paraqvay millisi üç turdan sonra A qrupunda altı xal toplayıb və pley-offa vəsiqəni təmin edib.

A qrupunda birinci yerdə yeddi xalla Argentina millisi qərarlaşıb.

Bu qrupunda digər oyun Boliviya ilə Uruqvay arasında baş tutub.

Oyun Uruqvay millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Uruqvay millisi A qrupunda dörd xalla üçüncü sıradadır.