Çörçillin tablosu hərracda 1.8 milyon dollara satılıb - FOTO/VİDEO



 

Britaniyanın keçmiş baş naziri Uinston Çörçill tərəfindən çəkilən tablo Nyu-Yorkda hərracda təxminən 1,8 milyon dollara satılıb.

Bu barədə TASS xəbər verib.

Mütəxəssislərinin fikrincə, rəsm 1921-ci ilin yayında yağlı boya ilə çəkilib. 76 x 63.3 sm ölçülü kətanda İngiltərənin kiçik bir şəhərinin yaxınlığında bir meşə və xəndək təsvir edilib.

Lotun təxmini dəyəri 1,5 milyon dollardan 2 milyon dollara qədər dəyişib.

Kətan əvvəllər Yunan sahibkarı Aristotel Onassisin (1906-1975) kolleksiyasının bir hissəsi olub.