Göyərtəsində altı nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb



 

Filippin ordusuna məxsus “Black Hawk” hərbi helikopterinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qəza nəticəsində helikopterdən heç kim sağ çıxmayıb. Qeyd olunur ki, qəza, gecə vaxtı həyata keçirilən təlim uçuşu zamanı baş verib.

Aidiyyatı qurumlar insidentin təfərrüatlarının və qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıb.