Pabda zarafatlaşanda ağır xəstəliyə tutulan şəxs professional idmançı oldu - FOTO



 

Britniyalı Ceyk Vuds qardaşı ilə pabda zarafat edərkən yıxılıb və ciddi xəstəliklə üzləşib.

Bu barədə o “Daily Record”a müsahibəsində deyib.

Qlazqo şəhərindən olan 28 yaşlı Vuds 2020-ci ilin fevralında xəstəxanaya yerləşdirilib. Həkimlər çanaq sümüyü sınan gənci uğurlu əməliyyat etsələr də o iki həftə sonra yenidən təcili xəstəxanaya yerləşdirilib.

Vudsa osteosarkoma-sümük xərçənginin nadir forması diaqnozu qoyulub. Britaniyada bir ildə cəmi 160 nəfər bu xəstəliyə tutulur.

Bir ayağı tam amputasiya olunan Vuds 2021-ci ilin mart ayında sağalıb. O, əlil arabasında olsa da pozitiv əhval-ruhiyyəsini qoruyur bə aktiv formada əlil arabasında yarışlara qatılır.

“Amputasiyadan sonra mənim həyatım tamamilə dəyişdi-professional idmançı oldum. Əgər xərçəngə tutulmasaydım bu heç vaxt baş verməzdi”, - deyə Vuds bildirib.