Maral magistral yolda nəqliyyatın hərəkətini iflic etdi - VİDEO



 

Rusiyanın Saxalin vilayətinin Korsakov şəhərində avtomobil yolunun üzərinə çıxan maral nəqliyyatın hərəkətini iflic edib.

ASTV xəbər verir ki, maral yola yaxın ərazidə yerləşən təsərrüfatların birindən qaçıb. Maral tutmaq üçün xüsusi qrup əraziyə cəlb olunub.

Heyvanın qısa müddətdə təsərrüfata qaytarılması gözlənilir.