Ağcabədi sakinindən “TT” götürülüb



 

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, həmin silaha məxsus iki ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.